Azərbaycanlı diaspor rəhbəri Qubadlıdakı evini tapdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Fransadakı Diasporunun rəhbərlərindən biri, Paris-Azərbaycan Evinin prezidenti, Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva Qubadlıdakı evini tapıb.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, görüntülər Qubadlının Xanlıq kəndindəndir.
Dörd gün əvvəl “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunmuş Mirvari Fətəliyeva 13 yaşında tərk etdiyi evin yalnız dağıdılmış hissəsini görə bilib.
Qeyd edək ki, düşmən Qubadlını işğal etdikdən sonra daha çox bu ərazilərə xaricdən gələn erməniləri məskunlaşdırmaqla məşğul olub. Həmçinin, Xanlıq kəndində daha çox ermənilərin hərbi şəhərciyi olub.
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...