Azərbaycanlı aktyor: “Demişdim Ağdam azad olunsun, ziyarətinə gedəcəm” - FOTO

Azərbaycanlı aktyor: “Demişdim Ağdam azad olunsun, ziyarətinə gedəcəm” - FOTO
Siyasət 833

"Şuşa azad edilən gündən Ceyhun Mirzəyevin fotosunu paylaşdım və yazmışdım ki, rahat uyu, qisasın alınır".

BAKU.WS xəbər verir ki, bu sözləri aktyor Cavidan Novruz sosial şəbəkə hesabında yazıb. O, mərhum aktyor, "Fəryad" filminin qəhrəmanı Ceyhun Mirzəyevin şəklini yayımlayaraq bu sözləri əlavə edib:

"Bunu ona görə etmişdim ki, bu insan öz sənəti uğrunda ürəyindən əziyyət çəkə-çəkə zülmlə filmi çəkdi. Amma nə bu filmi görə bildi, nə də torpaqların azad olunmasını... Ən böyük arzusu bu idi.

İndi torpaqlar alınır, alındı və başa çatdı. Doğulub boya-başa çatdığı Ağdam, Gülablı da azad olundu. Demişdim ki, azad olunsun, onu ziyarətə gedəcəm.

İndi də sözümü tuturam, rahat uyu, əvəzsiz Ceyhun Mirzəyev. 8 yaşımdan bu günə kimi bu insana olan sevgim, rəğbətim, diqqətim azalmadı.

Onu ziyarətə gələcəm, "Yasin" oxutdurub ətrafını gül-çiçəklə bəzəyəcəm. Sənə Ağdamın azad olunduğu müjdəsini verib, təbrik edəcəm, qəhrəman aktyorum.

Məkanın artıq cənnətdir, məncə".

Son xəbərlər