Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparılıb, protokol imzalanıb

Bakıda Azərbaycanın və Ukraynanın xarici işlər nazirlikləri arasında sayca yeddinci konsulluq məsləhətləşmələri keçirilib.
Bu barədə BAKU.WS-ə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, konsulluq məsləhətləşmələrində Azərbaycan nümayəndə heyətinə Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Ukrayna nümayəndə heyətinə isə Ukrayna Xarici İşlər Nazirliyinin Konsulluq xidməti departamentinin rəisi Vladislav Kanevski rəhbərlik edib.
Məsləhətləşmələrdə Azərbaycan Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidmətinin rəsmiləri, o cümlədən Azərbaycanın Ukraynadakı səfirliyinin və Ukraynanın Azərbaycandakı səfirliyinin əməkdaşları da iştirak edib.
Məsləhətləşmələr zamanı konsulluq sahəsi üzrə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi imkanları müzakirə edilib.
Azərbaycan və Ukraynanın vətəndaşlarının hüquq və qanuni mənafelərinin qorunması istiqamətində əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunulub, konsulluq sahəsində rəqəmsal xidmətlərin və proseslərin tətbiqinə dair qabaqcıl təcrübə üzrə, həmçinin hər iki ölkənin viza-miqrasiya siyasəti barəsində fikir mübadiləsi aparılıb.
Tədbirin yekununda məsləhətləşmələr çərçivəsində keçirilmiş müzakirələrin nəticələrinə dair protokol imzalanıb.
Qalereya
Oxşar xəbərlər
Dünyaya nümunə olan Azərbaycan-Türkiyə qardaşlığı: "TRT Haber"dən xüsusi REPORTAJ
"Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişdə bildirilib ki, Türkiyənin "TRT Haber" telekanalı Azərbaycan Silahlı Qüvvələri Günü mün...
