Azərbaycanla Qırğızıstan arasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətləri açıqlanıb
"Azərbaycan Qırğızıstanla strateji tərəfdaşlığın möhkəmlənməsi və iqtisadi əlaqələrinin gücləndirilməsini müzakirə edib".
BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkəsindəki hesabında yazıb.
"Türk Dövlətləri Təşkilatının Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası çərçivəsində Qırğız Respublikasının iqtisadiyyat və kommersiya naziri Bakıt Sıdıkov ilə görüşmək xoş oldu.
Ölkələrimizin strateji tərəfdaşlığının möhkəmlənməsi və iqtisadi əlaqələrinin gücləndirilməsi istiqamətində ticarət dövriyyəsinin artırılması, texnologiyalar və innovasiyalar, kənd təsərrüfatı, enerji, logistika, infrastruktur və digər sahələrdə işbirliyinin fəal dəstəklənməsini müzakirə etdik", - nazir bildirib.
Türk Dövlətləri Təşkilatının (@Turkic_States) Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası çərçivəsində Qırğız Respublikasının iqtisadiyyat və kommersiya naziri Bakıt Sıdıkov ilə görüşmək xoş oldu.
— Mikayil Jabbarov (@MikayilJabbarov) October 24, 2025
Ölkələrimizin strateji tərəfdaşlığının möhkəmlənməsi və… pic.twitter.com/bUaPPZqFto
Oxşar xəbərlər
Vladimir Putin Prezident İlham Əliyevə zəng edib
Rusiya Prezidenti Vladimir Putin oktyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. BAKU.WS xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti mə...