Azərbaycanla İranın həyata keçirdikləri birgə layihələrin icra vəziyyəti müzakirə edilib
Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrləri – Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq arasında telefon danışığı olub.
BAKU.WS xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Telefon danışığı zamanı cari ilin fevral ayında Bakı şəhərində keçirilmiş Dövlət Komissiyasının 17-ci iclasının yekunlarına dair imzalanmış Anlaşma Memorandumunda əksini tapmış məsələlərin icra vəziyyəti nəzərdən keçirilib.
Tərəflər iqtisadi-ticarət, nəqliyyat-tranzit, energetika, su və digər sahələrdə uğurlu əməkdaşlığı qeyd edib, həyata keçirilən layihələrin icra dinamikasını müzakirə ediblər.
Xüsusilə nəqliyyat sahəsində həyata keçirilən layihələr sırasında Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisinin başa çatdırılması mühüm nəticə kimi qeyd edilib.
Həmçinin Astara yük terminalında işlərin tamamlanması istiqamətində zəruri məsələlər müzakirə olunub.
Oxşar xəbərlər
Yalçın Rəfiyev: Bakı İqlim Həftəsi COP29-un əsas miraslarından biridir
Bakı İqlim Həftəsi COP29-un əsas miraslarından biridir. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakı İqlim...