Azərbaycanla Britaniya arasında memorandum imzalanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda işgüzar səfərdə olan Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Morton ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.
BAKU.WS ETSN-ə istinadən xəbər verir ki, görüşdə iqlim dəyişmələrinə təsirlərin azaldılması, tullantıların, o cümlədən plastik tullantıların düzgün idarə edilməsi, səhralaşma ilə mübarizə və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.
Həmçinin, iki ölkə arasında ətraf mühit və iqlim dəyişikliyi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Oxşar xəbərlər
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşdü - YENİLƏNİB - VİDEO
Yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyy...