Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirlərinin görüşü yeddi saat davam edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə yanvarın 29-da Cenevrədə keçirilən görüşü yeddi saat davam edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən BAKU.WS-ə bildiriblər ki, ümumilikdə tərəflər, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqların intensivləşdirilməsi və danışıqlar gündəliyindəki bütün məsələlər üzrə konkret nəticələrin əldə olunması mövqeyindən çıxış edirlər.
Yanvarın 30-da danışıqların növbəti raundu keçiriləcək.
Oxşar xəbərlər
Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. BAKU.WS-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsind...