Azərbaycanın Türkiyədəki səfirliyində zəlzələyə görə "qaynar xətt" yaradılıb
24
yan
2020
23:19
Azərbaycanın Türkiyədəki səfirliyində Elazığ vilayətində Rixter cədvəli üzrə 6,8 bal gücündə baş vermiş zəlzələ ilə bağlı “qaynar xətt” yaradılıb.
Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, “qaynar xətt” zəlzələnin nəticələri tam şəkildə aydınlaşana qədər fəaliyyət göstərəcək.
Qaynar xətt: 00905526792565.
Qeyd edək ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, yerli vaxtla saat 20:55-də baş verən yeraltı təkanın episentri Sivrice rayonunda qeydə alınıb.
Oxşar xəbərlər
Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı artıb - VİDEO
Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda baş verən güclü zəlzələ nəticəsində bir çox ərazilərdə dağıntılar və insan tələfatı qeydə alınıb. BAKU.WS “haberle...