Azərbaycanın İsraildə Turizm və Ticarət Bürosu açılacaq

Azərbaycanın İsraildə Turizm və Ticarət Bürosu açılacaq
Siyasət 47

Bu gün Azərbaycan-İsrail Hökumətlərarası Komissiyanın iclası keçirilib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail xarici işlər naziri Qabi Aşkenazi məlumat verib.

"Bu gün nazir Mikayıl Cabbarovla birgə İsrail və Azərbaycan Hökumətlərarası Komissiyanın iclasına həmsədrlik etməkdən məmnun oldum. Məhsuldar müzakirələr aramızdakı dostluğu əks etdirir", İsrail XİN başçısı qeyd edib.

Bu il İsraildə Azərbaycanın rəsmi Turizm və Ticarət Bürolarının açılışının planlaşdırıldığını qeyd edən Q.Aşkenazi bunu alqışladığını bildirib.

"Bu, İsraildə Azərbaycan səfirliyinin açılması istiqamətində mühüm addımdır", İsrail XİN başçısı vurğulayıb.

Son xəbərlər