Azərbaycanın müstəqillik tarixində ilk dəfə Xankəndidə seçki məntəqələri açılıb, səsvermə keçirilir
İşğaldan azad olunan Xankəndi şəhərində növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsverməyə start verilib.
"Report"un Qərb bürosunun Xankəndiyə ezam olunan əməkdaşının xəbərinə görə, səhər saat 8:00-da məntəqə açılıb.
Şəhərdə 122 saylı Xankəndi seçki dairəsinin məntəqəsi yaradılıb.
14 saylı məntəqə şəhərin mərkəzi inzibati binasında yerləşir.
Müşahidəçilər səsvermə prosesini izləyir.
Məntəqə bütün ləvazimatlarla təchiz edilib. Burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb. Səsvermə otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulub. Seçki günü səhhətində problem olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb.
Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.
Oxşar xəbərlər
Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobilləri maneəsiz keçib - FOTO - YENİLƏNİB
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 4 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. BAKU.WS report-a istinad...