Azərbaycanın hərbi pilotları növbəti təlim-məşq uçuşları keçiriblər
Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya bölmələrində "Super Muşşak" təlim təyyarələri ilə təlim-məşq uçuşları yerinə yetirilib.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, uçuş heyətlərinin sağlamlıq vəziyyəti yoxlanıldıqdan və təhlükəsizlik qaydaları elan olunduqdan sonra hərbi pilotlar "Super Muşşak" təlim təyyarələrinə nəzarət baxışı keçiriblər.
Təlimin planına uyğun olaraq, gənc təyyarəçilər havaya qalxma və yerə enmə, müəyyən edilmiş marşrutlar üzrə aviasiya qrupları tərkibində uçuşların icra edilməsi, müxtəlif hündürlüklərdə pilotaj manevrləri və digər təlim tapşırıqlarını uğurla yerinə yetiriblər.
Hərbi pilotların döyüş hazırlığı və praktiki vərdişlərinin artırılması məqsədilə keçirilən uçuşlar zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanın Portuqaliyada Səfirliyinin təsis edilməsi növbədənkənar iclasa tövsiyə olunub
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Azərbaycanın Portuqaliyada Səfirliyinin təsis edilməsini parlamentin növbədənkənar...