Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliklərində keçirilən səsvermə başa çatıb
Yeniliklərdən dərhal xəbərdar olun
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Tbilisidəki səfirliyində və Batumi şəhərindəki baş konsulluğunda yaradılan seçki məntəqələrində keçirilən səsvermə yerli vaxtla saat 19:00-da başa çatıb.
BAKU.WS Azərtac-a istinadən xəbər verir ki, ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev 16 saylı Yasamal ikinci seçki dairəsinin nəzdində səfirlikdə yaradılmış 47 saylı seçki məntəqəsində vətəndaşlarımızın yüksək fəallıq göstərdiklərini vurğulayıb. Bildirib ki, seçicilərin 89 faizi səs verib. Səsvermə tam azad, şəffaf və demokratik qaydada keçib. Səsvermə zamanı heç bir qanun pozuntusu qeydə alınmayıb.
Baş konsul Pərviz İsmayılzadə bildirib ki, 16 saylı Yasamal ikinci seçki dairəsinin 57 saylı seçki məntəqəsində Batumidə müvəqqəti yaşayan, işləyən və təhsil alan Azərbaycan vətəndaşları səs veriblər. Vətəndaşlarımız səsvermədə yüksək fəallıq göstəriblər. Seçicilərin 100 faizi səsvermədə iştirak edib.
Oxşar xəbərlər
Növbədənkənar Prezident seçkiləri ilə bağlı Təqvim planı təsdiqlənib - SİYAHI
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planı təsd...