Azərbaycanın general-polkovnikləri - SİYAHI
Yeniliklərdən dərhal xəbərdar olun
General-polkovnik Azərbaycanın güc strukturlarında ən yüksək rütbə sayılır.
BAKU.WS xəbər verir ki, bu rütbəni ölkənin müdafiə, fövqəladə hallar, daxili işlər nazirləri, o cümlədən baş prokuror, xidmət rəisləri və başqaları daşıyır.
General-polkovnik rütbəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla təyin olunur.
Hazırda vəzifə başında olan və istefaya göndərilən general-polkovnik rütbəsini daşıyan şəxslərin siyahısı belədir:
1. Zakir Həsənov - Müdafiə naziri
2. Bəylər Əyyubov - Xüsusi Dövlət Mühafizəsi Xidməti rəisinin 1-ci müavini və Prezidentin Şəxsi Mühafizə İdarəsinin rəisi
3. Ramil Usubov - Prezident yanında Təhlükəsizlik Şurasının katibi
4. Kərim Vəliyev - Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini
5. Əli Nağıyev - Dövlət Təhlükəsizlik Xidmətinin rəisi
6. Vilayət Eyvazov - Daxili işlər naziri
7. Kəmaləddin Heydərov - Fövqəladə Hallar naziri
8. Elçin Quliyev - Dövlət Sərhəd Xidmətinin rəisi
9. Mədət Quliyev - Müdafiə sənayesi naziri
10. Fikrət Məmmədov – Ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri
11. Kərəm Mustafayev - Əlahiddə Ümumqoşun Ordu komandanı
12. Vaqif Axundov - Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi
13. Səfər Mehdiyev - Dövlət Gömrük Komitəsinin sabiq sədri
14. Zakir Qaralov - Sabiq Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri
15. Nəcməddin Sadıqov - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik
16. Səfər Əbiyev - Eks-müdafiə naziri
17. Aydın Əliyev - Dövlət Gömrük Komitəsinin keçmiş sədri
18. Namiq Abbasov - Sabiq milli təhlükəsizlik naziri (1995-2004)
19. Fazil Məmmədov - Sabiq Vergilər naziri (I dərəcəli dövlət vergi xidməti müşaviri)
20. Tofiq Ağahüseynov - Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri (SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı)
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...