Azərbaycanın energetika və nəqliyyat sahələrində uğuru: Yoxsulluq və işsizlik kəskin azalıb - TƏHLİL

Azərbaycanın energetika və nəqliyyat sahələrində uğuru: Yoxsulluq və işsizlik kəskin azalıb - TƏHLİL
Siyasət 416

38 il əvvəl, 20 oktyabr 1981-ci ildə “Azərbaycan” İES-in birinci enerji bloku Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilmiş, bununla da Azərbaycan energetikasının inkişafında yeni bir səhifə açılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli 446 saylı sərəncamı ilə həmin tarixin ölkəmizdə “Energetiklər Günü” kimi təsis edilməsi isə milli energetika salnaməmizin daha bir şanlı səhifəsi, ölkə rəhbərliyinin bu sahədə çalışan insanların fədakar əməyinə verdiyi böyük dəyərin ifadəsidir.

Ölkəmizin bir əsrdən də artıq tarixi olan elektroenergetika sisteminin sürətli inkişaf dövrü məhz Ümummilli Lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik illərinə təsadüf edir. Həmin illərdə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında Qafqazda ən iri istilik elektrik stansiyası olan “Azərbaycan” (İES), 1971-ci ildə Araz SES inşa olunmuş, 1972-ci ildə “2 saylı Sumqayıt İstilik Enerji Mərkəzi”nin gücü 220 MVt-a çatdırılmış, 1976-1977-ci illərdə Sərsəng su anbarı və eyniadlı su elektrik stansiyası, 1982-ci ildə isə Şəmkir SES tikilərək istifadəyə verilmişdir. Həmin dövrdə elektrik stansiyalarının inşası ilə yanaşı, elektrik şəbəkələri də sistemli şəkildə inkişaf etdirilərək, respublikanın dayanıqlı enerji sistemi yaradılmış, “Əli Bayramlı” İES - “Ağdam”-“Gəncə”-“Ağstafa”, “Əli Bayramlı” İES - “Yaşma”-“Dərbənd”, 5-ci Mingəçevir, 1-ci və 2-ci “Abşeron”, “Muxranis”-“Vəli” və s. kimi elektrik verilişi xətləri, “Yaşma”, “Gəncə”, “Ağstafa”, “İmişli”, “Abşeron”, “Hövsan”, “Nizami”, “Müşfiq”, “Səngəçal”, “Masallı”, “Ağsu”, “Babək” qovşaq yarımstansiyaları istismara buraxılmışdır.

Azərbaycanın energetika və nəqliyyat sahələrində uğuru: Yoxsulluq və işsizlik kəskin azalıb - TƏHLİL
Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə nəhəng transmilli energetika və nəqliyyat layihələri həyata keçirilib, ölkəmiz dünyada sayı məhdud olan kosmik dövlətlər sırasına qoşulub. 2006-cı ildə Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri istifadəyə verilib. 2018-ci il mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimi keçirilib. 1994-cü il sentyabrın 20-də Bakıda imzalanmış “Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in (“Əsrin müqaviləsi”) müddəti 2017-ci il sentyabrın 14-də 2050-ci ilə qədər uzadılıb.Azərbaycanın Rusiya Federasiyası, İran və Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları tikilib. 2018-ci il sentyabrın 18-də 204 kilometr uzunluğunda yeni Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi magistral avtomobil yolunun istifadəyə verilməsi ilə Azərbaycan ərazisində “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin reallaşması üçün bütün işlər başa çatdırılıb. Azərbaycan siyasi, iqtisadi və strateji baxımdan böyük əhəmiyyətə malik həmin beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirak etməklə Avrasiyada mühüm tranzit və logistika mərkəzlərindən birinə çevrilib.

Azərbaycanın energetika və nəqliyyat sahələrində uğuru: Yoxsulluq və işsizlik kəskin azalıb - TƏHLİL
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı ekspert Vüqar Bayramov da hesab edir ki, Azərbaycan praktik olaraq reallaşdırdığı nəqliyyat layihələri vasitəsilə ölkəyə daha çox valyutanın daxil olmasına və gəlirlərin artmasına imkan yaradıb: “Azərbaycanda son illər energetika və nəqliyyat, xüsusən də beynəlxalq yük daşımalarda kifayət qədər yeni və regional əhəmiyyət daşıyan layihələr reallaşıb. Ölkəmizin təşəbbüsü ilə reallaşan Cənub Qaz Dəhlizi və onun xüsusi elementi olan Trans-Anadolu qaz boru kəməri (TANAP) yeni bir mərhələyə qədəm qoyub. TANAP artıq Avropa sərhədinədək uzanıb. Bu isə o deməkdir ki, Azərbaycan təbii qazı yalnız Türkiyəyə deyil, Avropa bazarına nəql etmək imkanlarına nail olub. Trans-Adriatik qaz boru kəməri layihəsinin (TAP) icrasının 90 faiz yerinə yetirilməsi ondan xəbər verir ki, növbəti il Azərbaycan qazının Avropa bazarına çıxarılması praktik olaraq reallaşacaq. TANAP Azərbaycan, bütövlükdə region üçün mühüm layihələrdəndir. Azərbaycan TANAP vasitəsilə Türkiyə bazarına əlavə olaraq 6 milyard kubmetr qaz göndərmək imkanı əldə edib. Eyni zamanda, icrası başa çatmaqda olan TAP kəməri vasitəsilə Azərbaycan Avropa bazarına ilkin mərhələdə 10, ikinci mərhələdə 20 milyard kubmetr qaz nəql edəcək. Gələcəkdə Avropa və Türkiyə bazarına çıxarılacaq Azərbaycan qazının həcmi 31 milyard kubmetri ötəcək. Cənub Qaz Dəhlizi, eyni zamanda, TANAP Azərbaycanın strateji mövqeyini daha da möhkəmləndirməsi baxımından geosiyasi və geoiqtisadi əhəmiyyət daşıyır

Azərbaycanın energetika və nəqliyyat sahələrində uğuru: Yoxsulluq və işsizlik kəskin azalıb - TƏHLİL

Nəqliyyat - Azərbayacan üçün vacib istiqamətlərdən biridir. Xüsusən də beynəlxalq yük daşımanın artırılması Azərbaycanda qeyri-neft sektorunun inkişafı baxımından vacibdir. Azərbaycanda 2015-ci ildə beynəlxalq yükdaşımalarla bağlı xüsusi şura formalaşıb. Həmin şura birbaşa qeyri-neft sektorunun inkişafında kreativ istiqamətlərdən biri hesab oolunur. Bu yolla beynəlxalq yükdaşımalar tənzimlənir, elektron xidmətlər genişlənir və eyni zamanda vahid tarif sisteminin tətbiqi həyata keçir. Azərbaycan Gürcüstan və Qazaxıstanla vahid tarifin tətbiq edilməsi ilə bağlı razılıq əldə etdi. Bu da Azərbaycanın beynəlxalq yükdaşımalarını genişləndirməsi baxımından vacib idi. Eyni zamanda ölkəmizdə infrastrukturun genişləndirilməsi və beynəlxalq yükdaşımalarla bağlı yeni infrastruktur layihələrin həyata keçirilməsi müşahidə olundu. Bu da Azərbaycan və Xəzər üzərindən daha çox yüklərin daşınmasına xidmət etdi. Azərbaycanın nəqliyyat sektorunda reallaşdırdığı digər regional fəaliyyət Şimal-Cənub nəqliyyat dəhlizidir. Aparılan işlər bu dəhliz vasitəsilə daşınan yüklərin həcminin artmasına və tranzit ölkə olaraq Azərbaycanın gəlirlərinin artmasına imkan verib. Azərbaycan praktik olaraq reallaşdırdığı nəqliyyat layihələri vasitəsilə ölkəyə daha çox valyutanın daxil olmasına və gəlirlərin artmasına imkan yaradıb”.

Azərbaycanın energetika və nəqliyyat sahələrində uğuru: Yoxsulluq və işsizlik kəskin azalıb - TƏHLİL
Prezident İlham Əliyevin oktyabrın 30-da imzaladığı “2019-2030–cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” Sərəncamında Məşğulluq Strategiyasının icrası dövründə işsizlik və yoxsulluq səviyyəsinin azaldığı, əhalinin gəlirlərinin, o cümlədən əməkhaqqının yüksəldiyi göstərilir. Strategiyada işsizlik səviyyəsinin 7,3 faizdən 5 faizədək, yoxsulluğun 29,3 faizdən 4,9 faizədək azaldığı, əhalinin gəlirlərinin 5,2 dəfə, minimum əməkhaqqının 3,5 dəfə, orta aylıq nominal əməkhaqqının 3,8 dəfə artdığı qeyd edilib. Həmin dövrdə işsizlərin, işə düzəlməkdə çətinlik çəkən vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarının təkmilləşdirilməsi, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşması və rəqabətqabiliyyətliliyinin artması, iqtisadi fəallığın yüksəlməsi üçün əlverişli şərait yaradılması sahəsində müvafiq tədbirlər həyata keçirilib.

Ölkənin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Bakıda MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının XXXII iclasında çıxışı zamanı deyib ki, 2003-cü illə müqayisədə Azərbaycanda ÜDM-i 3,4 dəfə, orta əmək haqqı 7,5 dəfə, minimum pensiya 10 dəfə artıb, 2,2 milyondan çox yeni iş yeri yaradılıb, işsizlik və yoxsulluq səviyyəsi 5%-ə düşüb. Cari il ərzində minimum əmək haqqının 93%, minimum pensiyanın 72%, sosial müavinət və təqaüdlərin orta hesabla 2 dəfə artırılması, 2 yeni növ təqaüdün təsis edilməsi və s. kimi tədbirlər 4 milyon 200 mindən çox vətəndaşın rifahına əhəmiyyətli sosial dəstək verib.

Son xəbərlər