Azərbaycanın beynəlxalq mövqeyi necə gücləndi? Xarici siyasətdəki uğurların səbəbi

Azərbaycanın beynəlxalq mövqeyi necə gücləndi? Xarici siyasətdəki uğurların səbəbi
Video
Siyasət 96

"Aydın tarix" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayı Azərbaycanın müasir tarixində mühüm və əvəzsiz rol oynayan iki nəhəng siyasi fiqur - ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevə həsr olunub. Ulu öndər Azərbaycanın müstəqilliyinin qorunması və inkişafı yolunda çoxsaylı islahatlar və strateji addımlar atıb, ölkənin mövqeyini dünya arenasında gücləndirib.

Heydər Əliyev Azərbaycanın enerji strategiyasının təməlini qoyub və ölkənin neft sərvətlərini beynəlxalq bazara çıxarmaq üçün mühüm addımlar atıb. Ulu öndərin ən böyük məqsədlərindən biri Azərbaycanın neft gəlirlərini yalnız iqtisadi inkişaf üçün deyil, həm də sosial və insan kapitalının inkişafı üçün istifadə etmək idi.

O, ölkənin neft sərvətlərinin vəsaitlərini təhsilə, səhiyyəyə və digər sosial sahələrə yönəltməyi hədəfləmişdi. Bu siyasət Heydər Əliyevin Azərbaycan xalqının rifahını artırmaq və uzunmüddətli inkişafını təmin etmək məqsədinə xidmət edirdi.

İlham Əliyev atasının bu siyasətini davam etdirərək Azərbaycanın iqtisadiyyatını diversifikasiya etməyə və qeyri-neft sektorunu inkişaf etdirməyə yönəlmiş tədbirlər həyata keçirib. Onun dövründə ölkədə təhsil, səhiyyə və digər sahələrdə böyük irəliləyişlər baş verib. İlham Əliyev Heydər Əliyevin başladığı bu işləri yekunlaşdıraraq neft gəlirlərini Azərbaycan xalqının həyat səviyyəsini yüksəltmək məqsədinə yönəldib və insan kapitalının inkişafı sahəsində böyük irəliləyişlər əldə edib.

Heydər Əliyevin xarici siyasətdə əsas prinsipi balanslaşdırılmış yanaşma idi.

O, Azərbaycanın müstəqilliyini qorumaq və regionda sülhü təmin etmək məqsədilə həm Qərb, həm də Şərq ilə yaxın münasibətlər qurmağı hədəfləyirdi. Bu siyasət Azərbaycanın beynəlxalq aləmdə mövqeyini gücləndirmişdi və ölkənin dünya siyasi arenasında daha aktiv rol oynamasına imkan verirdi. İlham Əliyev bu siyasəti davam etdirərək Azərbaycanın beynəlxalq mövqeyini daha da möhkəmləndirib.

İlham Əliyevin "yaşıl dünya" naminə apardığı ardıcıl siyasətinin nəticəsi olaraq ölkəmiz 2024-cü ildə COP29-a sədrlik edib və qlobal ekoloji məsələlərdə Azərbaycanı ön plana çıxarıb. Onun rəhbərliyi altında Azərbaycan dünyada enerji təchizatı, təhlükəsizlik və ekoloji məsələlərdə mühüm bir oyunçuya çevrilib.

Ətraflı Baku TV-nin süjetində:

Son xəbərlər