Azərbaycandan Ermənistana bu gün neft məhsullarının növbəti partiyası ixrac olunacaq
Bu gün Azərbaycandan Ermənistana 8 vaqon (479 ton) dizel yanacağı göndəriləcək.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.
Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 8500 tondan çox dizel, 979 ton "Aİ-92" benzini və 2955 ton "Aİ-95" benzini ixrac olunub.
Həmçinin Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.
6 vaqondan ibarət, çəkisi 402 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 27 min tondan çox taxıl, 4000 ton gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.
Oxşar xəbərlər
XİN: Azərbaycan xalqı faşizm üzərində qələbəyə mühüm töhfə verib
Xarici İşlər Nazirliyi faşizm üzərində Qələbənin ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib. BAKU.WS xəbər verir ki, bu barədə XİN-in "X"dəki hesabınd...