Azərbaycandakı Türkiyə vətəndaşlarının səsverməsi başlayıb

Azərbaycandakı Türkiyə vətəndaşlarının səsverməsi başlayıb
Siyasət 87

Bu gündən etibarən Azərbaycandakı Türkiyə vətəndaşlarının prezident və parlament seçkiləri üzrə səsverməsi başlayıb.

BAKU.WS xəbər verir ki, seçki məntəqələri Bakı vaxtilə səhər saat 09:00-dan açılıb.

Məlumata görə, səsvermə üçün Azərbaycanda 15 seçki məntəqəsi yaradılıb. Onlardan 9-u Bakıda yerləşir. Bundan başqa, Türkiyə vətəndaşları Naxçıvan və Gəncədə də səs verə bilirlər.

Səsvermə bütün ünvanlarda mayın 7- si saat 21:00-dək davam edəcək.

Qeyd edək ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.

Son xəbərlər