Azərbaycanda “Yüksəliş” müsabiqəsi təsis edilib - SƏRƏNCAM

Azərbaycanda “Yüksəliş” müsabiqəsi təsis edilib  - SƏRƏNCAM
Siyasət 953
Prezident İlham Əliyev “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında sərəncam imzalayıb.BAKU.WS xəbər verir ki, sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə “Yüksəliş” müsabiqəsi təsis edilib.Müsabiqənin keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:Təşkilat Komitəsinin sədriFərəh Əliyeva – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiriTəşkilat Komitəsinin üzvləriMikayıl Cabbarov – Azərbaycan Respublikasının vergilər naziriAzad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziriCeyhun Bayramov – Azərbaycan Respublikasının təhsil naziriSahil Babayev – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziriAnar Ələkbərov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisiÜlvi Quliyev – Azərbaycan Respublikası Milli Məclisinin deputatıMəleykə Abbaszadə – Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədriBalakişi Qasımov – İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru.

Son xəbərlər