Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifəsindən getdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov işindən ayrılıb.
BAKU.WS "prosport.az"-a istinadən xəbər verir ki, o, dünən işdən çıxmaq haqqında ərizəsini yazıb.
Gənclər və İdman Nazirliyi tərəfindən Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsində çalışması təklif olunsa da, o, bu vəzifədən imtina edib. Nazirlik Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifəsinə təyinatı yaxın günlərdə açıqlayacaq.
Qeyd edək ki, Raqif Abbasov 1999-2001-ci illərdə Gənclər və İdman Nazirliyində baş məsləhətçi, 2002-2005-ci illərdə sektor müdiri, 2005-2007-ci illərdə mətbuat katibi-şöbə müdiri vəzifələrində işləyib. O, 2007-ci ildən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifəsində çalışırdı.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...