Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb.
BAKU.WS xəbər verir ki, fərmana əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılsın.
Agentlik tullantıların idarə edilməsi (tullantıların əmələ gəlməsi, yığılması, çeşidlənməsi, daşınması, yerləşdirilməsi, emalı, istifadəsi, utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması) və tullantı haqlarının toplanması sahəsində dövlət nəzarətini, tənzimləməni və əlaqələndirməni həyata keçirən, nazirliyin strukturuna daxil olan qurumdur.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...