Azərbaycanda "qatil", Ukraynada "ümid": “Bild” özünü "Bayraktar"la vurdu - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniyanın məşhur ''Bild'' nəşrinin Azərbaycana qarşı daha bir riyakarlığı və qərəzi üzə çıxıb. Nəşr tərəfindən Qarabağ müharibəsində ''Qatil dron'' adlandırılan Türkiyənin ''Bayraktar TB2'' dronları Ukraynada ''ümidlərin silahı'' kimi təqdim olunub. Üstəlik, bu başlıq nəşrin manşetinə çıxarılıb. Yəni ikiüzlülük bu qədər nümayişkəranə şəkildə edilib.
Eyni silah iki ayrı məqamda fərqli məzmunda təqdim edildi. Bu, Qərb mediasının ikiüzlü və riyakar siyasətinin növbəti təzahürü oldu.
Azərbaycanın haqlı savaşında Qarabağda düşmənin məhv edilməsi zamanı istifadə olunan Türkiyənin ''Bayraktar TB2'' dronlarını bundan cəmi ilyarım əvvəl ''Ərdoğanın Qatil Dronu'' adlandıran Almaniyanın məşhur ''Bild'' qəzeti bu dəfə Ukraynada Rusiyaya qarşı istifadə edilən eyni silahı ''Ümidlərin Silahı'' başlığı ilə oxucularına təqdim edib.
Hərbi ekspert Ədalət Verdiyev deyir ki, Ukraynaya qədər həmin silahlar Suriya, Liviya və ən əsası da Qarabağ müharibəsində aktiv istifadə edilib. Ancaq Qərb yüksək dəqiqliklə hədəfləri bir-bir məhv edən bu silahı həzm edə bilmirdi.
Ədalət Verdiyev deyir ki, həmin silahlar Qarabağda istifadə edilərkən onun əleyhinə təkcə mediada yazılar getmədi, həm də Kanada həmin silahların optik elektrosisteminin Türkiyəyə satışını dayandırdı.
Baş verənlər bir daha onu göstərir ki, qərb mediası eyni hadisələrə öz mənfəətləri və maraqları çərçivəsində baxmaqla, açıq-aşkar ikili standartlar nümayiş etdirməkdən çəkinmir.
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...