Azərbaycanda professional ordu yaradılır? - Deputat AÇIQLADI - VİDEO

Azərbaycanda professional ordu yaradılır? - Deputat AÇIQLADI - VİDEO
Video
Siyasət 306

“Ermənistanla müharibə şəraitindəyik və sülh müqaviləsi imzalanmayıb. Bilirik ki, sülh müqaviləsi imzalansa belə, gələcəkdə güclü ordu yaratmaq işini davam etdirməliyik. Biz ordu ilə bağlı bütün məsələlərdə daha səxavətli olmalıyıq. Bu, büdcəmizdə görünür. Ən çox maliyyənin ayrılması orduyadır".

BAKU.WS xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vüqar İskəndərov deyib:

"Hesab edirəm ki, bu sahədə professional ordunun yaranması məsələləri də var. Bunun yaranması üçün kifayət qədər işlər görülüb. Bu sahədə müddətdən artıq hərbi xidmət keçən şəxslərin maaşlarının iki qat artırılmasına ehtiyac var, bu, onlar üçün stimul olar. Çünki biz gələcəkdə də güclü ordusu olan ölkə kimi tanınmalıyıq".

Son xəbərlər