Azərbaycanda mülki odlu silah əldə etmək üçün tələb olunan yaş həddi artırılır
Azərbaycanda 21 yaşına çatmış vətəndaşların da mülki odlu silah əldə etmək hüququ olacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bununla bağlı "Xidməti və mülki silah haqqında" qanuna dəyişiklik edilməsi təklif olunur.
Mövcud qanunvericiliyə əsasən, mülki odlu silah əldə etmək hüququ üçün qoyulan yaş həddi 18-dir.
Qeyd edək ki, ölkədə xidməti və mülki silahı əldə etmək hüququ olan subyektlərin sırasına xüsusi nizamnamə vəzifələrini yerinə yetirən dövlət orqanlarının və hüquqi şəxslər, xidməti və mülki silahın işlənib hazırlanması, sınaqdan keçirilməsi, istehsalı ilə və ya silahın satışı ilə məşğul olan müəssisələr, idman və ovçuluq cəmiyyətləri və təhsil müəssisələri aiddir.
Oxşar xəbərlər
Sahibə Qafarova: Yeni təşəbbüslər Bakı və Bratislava arasında əlaqələrin genişlənməsinə töhfə verəcək
İki ölkə liderlərinin siyasi iradəsi və qarşılıqlı dəstəyi sayəsində Azərbaycan ilə Slovakiya arasındakı münasibətlər qısa müddət ərzində yüksək strateji tərəfd...