Azərbaycanda məhkəmə sistemində islahatlar nələr vəd edir?
24
iyl
2019
18:03
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda qeyri-neft sektorunun hərəkətlənməsi, ixrac potensialının artırılması, yeni trendlərə uyğun sahibkarlıq fəaliyyətinin vüsat tapması üçün Prezident İlham Əliyevin təşəbbüsü ilə məhkəmə sistemində də planlaşdırılmış ardıcıllıqla islahatlar başlandı.BAKU.WS xəbər verir ki, məhkəmə sisteminin islahatları iqtisadiyyatda baş verən yeniliklərin məntiqi davamıdır.Diversifikasiya startegiyası çərçivəsində ixrac yönümlü fəaliyyətin gedərək inkişaf etməsinin istər təməli, istərsə də nəticəsi müxtəlif yönümlü iqtisadi, ticari, maliyyə və hüquq münasibətlərinin yaranmasıdır. Bu inkişaf dünyada baş verən qlobal rəqəmsallaşma, texnoloji sıçrayışlar və informasiya texnologiyalarının inkişafı fonunda baş verir. Misal olaraq, dünyadakı trendlər-onlayn satış platformaları, blokçeyn, süni intellekt və sair yaratdığı yeni normativ-hüquqi münasibətləri göstərmək olar.Qeyri-neft sektorunun inkişafı üçün müxtəlif sahələrdə sahibkarlığın dəstəklənməsi, vətəndaşların və sərmayədarların fəallığının, bu işə marağının, faydasının yaradılması üçün münbit mühit kimi iki isitiqamətli məhkəmələrin yaradılması islahatların əsas istiqamətlərindəndir.İnzibati və Kommersiya məhkəmələrinin yaradılması bu yöndə qanunvericilik bazasının təkmilləşdirilməsini də nəzərdə tutur.Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov bununla bağlı Azərtac-a açıqlamasında bildirib ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklər ixtisaslaşmış məhkəmələrin iki sisteminin - inzibati məhkəmələr və kommersiya məhkəmələrinin yaradılmasının hüquqi təməlini formalaşdırır.Qeyd edilən qanunlar qüvvəyə mindiyi gündən, yəni, 2020-ci il yanvarın 1-dən etibarən mövcud inzibati-iqtisadi məhkəmələr sistemi ləğv ediləcəkdir:“Məsələyə bir qədər tarixi rakursdan yanaşaq. 2005-ci ildə “İnzibati icraat haqqında” Qanunun, 2009-cu ildə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin qəbulu və növbəti il inzibati-iqtisadi məhkəmələrin yaradılması ölkənin məhkəmə-hüquq sisteminin inkişafında əhəmiyyətli mərhələ olmuşdur.Bununla istənilən müasir cəmiyyətdə həyatın ən mühüm aspektlərindən olan inzibati münasibətləri, yəni, inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətləri tənzimləyən normativ bazanın formalaşdırılması prosesi yekunlaşdırılmış, inzibati münasibətlərdən irəli gələn mübahisələrə məhkəmələrdə baxılması qaydası təsbit edilib.
Ötən dövr ərzində inzibati-iqtisadi məhkəmələr inzibati mübahisələrə baxılması sahəsində geniş təcrübə toplamış, iqtisadi mübahisələrin araşdırılması praktikasını daha da inkişaf etdiriblər”.Bununla belə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən ardıcıl olaraq həyata keçirilən dövlət idarəetməsi sisteminin təkmilləşdirilməsinə, iqtisadiyyatın şaxələndirilməsinə, xüsusilə onun qeyri-neft sektorunun inkişafına, kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəlmiş islahatlar inzibati və iqtisadi sahələrdə ədalət mühakiməsinin səmərəliliyinin daha da artırılmasını labüd edib:“Qeyd edilən sahələrdə yaranan mübahisələrə dair məhkəmə qərarlarının keyfiyyətinin artırılması üçün hakimlər yüksək peşəkarlıq səviyyəsinə, daha dərin hüquqi biliklərə və zəngin təcrübəyə malik olmalı, həm inzibati, həm də iqtisadi hüquq münasibətlərinin ən son təkamül meyillərindən xəbərdar olmalıdırlar.Məhz bu məqsədə nail olmaq üçün “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında ədalət mühakiməsi sahəsində ixtisaslaşmanın dərinləşdirilməsi mühüm vasitə qismində müəyyən edilib.Hazırda fəaliyyət göstərən inzibati-iqtisadi məhkəmələr sistemi yaradıldığı dövr üçün mütərəqqi yenilik olsa da, artıq öz missiyasını başa çatdırmış hesab edilə bilər.Həm inzibati, həm iqtisadi münasibətlərin hazırkı səviyyəsi və onların inkişaf potensialı baxımından müvafiq məhkəmələrin və hakimlərin daha yüksək ixtisaslaşma dərəcəsinə nail olunması vacibdir”.F.Ələsgərov sözlərinə əlavə edib ki, ikili, yəni, ümumi (publik) və xüsusi hüquqi təbiətə malik inzibati-iqtisadi məhkəmələr əvəzinə ayrıca inzibati məhkəmələrin və kommersiya məhkəmələrinin yaradılması, məhkəmə-hüquq islahatlarının indiki mərhələsində ixtisaslaşmanın dərinləşdirilməsi üçün optimal üsul hesab edilir.
Oxşar xəbərlər
“Kadr islahatları daha güclü cəmiyyətin qurulmasına xidmət edir” - Deputat
“Prezident İlham Əliyevin həyata keçirdiyi kadr islahatları ölkədə sabitlik və təhlükəsizlik istiqamətində atılan addımların tərkib hissəsidir. Yəni, ölkənin gə...