“Kadr islahatları daha güclü cəmiyyətin qurulmasına xidmət edir” - Deputat

26
iyn
2019
16:03
“Prezident İlham Əliyevin həyata keçirdiyi kadr islahatları ölkədə sabitlik və təhlükəsizlik istiqamətində atılan addımların tərkib hissəsidir. Yəni, ölkənin gələcək dinamik və davamlı inkişafı sabitlikdən, ictimai-asayişin daha etibarlı şəkildə müdafiə olunmasından, dövlətin təhlükəsizliyinin daha etibarlı şəkildə müdafiə olunmasından asılıdır. Bu baxımdan da Prezidentin həyat keçirdiyi kadr islahatlarını Azərbaycanın inkişafına yönəlik həyata keçirilən islahatların daha da dərinləşməsində və ölkə həyatının bütün sahələrini əhatə edən islahatlar kimi dəyərləndirmək lazımdır”.BAKU.WS xəbər verir ki, bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili İqbal Məmmədov deyib.Deputat bildirib ki, cənab Prezidentin genişmiqyaslı, məntiqi ardıcıllığa uyğun olaraq bir-birini tamamlayan islahatlarının əsas hədəfi Azərbaycanda daha güclü cəmiyyətin formalaşdırılmasına xidmət edir:“Ölkə başçısının əsas hədəfi Azərbaycanın iqtisadi cəhətdən güclü olması və dinamik inkişaf etməsi, vətəndaşlaırnın sosial rifah halında yaşaması, sosial hədlərin bərpa olunduğu, sabitlyin hökm sürdüyü, dövlətin və vətəndaşının daha təhlükəsiz, ictimai-asayişin bərqərar olduğu Azərbaycan dövləti formalaşdırmaqdır. Cənab İlham Əliyev 2003-cü ildən etibarən belə bir cəmiyyəti formalaşdırmaq üçün bünövrəsi Ulu Öndər tərəfindən qoyulan inkişaf və təhlükəsizlik strategiyasının prinsiplərinə, eyni zamanda qlobal və geosiaysi çağrışlara, dövrün tələblərinə uyğun şəkildə islahatlar həyata keçirməkdədir. Məhz onun yorulmaz fəaliyyəti nəticəsində son 16 ildə Azərbaycanda sabitlik hökm sürməkdə, insanlar təhlükəsiz bir həyat yaşamaqdadır. Bunu hamı yaxşı bilirik ki, ölkənin inkişafı sabitliklə bağlıdır. Sabitlik olmadan inkişaf ola bilməz”.Deputat əlavə edib ki, ölkədə sabitliyin və ictimai-asayişin təmin olunmasında Azərbaycan Prezidentinin yorulmaz əməyi dayanırsa, burada polisin, təhlükəsizlik qurumlarının, ordunun da rolu danılmazdır:“Polis, təhlükəsizlik orqanları, ordu və digər aidiyyatı qurumlar Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın təhlükəsizliyinin keşiyində dayanmaqla, ölkədə iqtisadi, sosial sahədəki islahatların həyata keçirilməsinə öz dəstəklərini verirlər. Məhz sabitliyin və ictimai-asayişin qorunması nəticəsində islahatlar uğrula həyata keçir və Azərbaycan vətəndaşı bunu gündəlik həyatında hiss edir. Bu bu gün ölkədə bərqərar olan sabitliyə, təhlükəsizliyə və inkişafa görə ölkə başçısına, polisə, təhlükəsizlik orqanlarına, orduya borcluyuq.Əgər adı çəkilən qurumların fədakarlığı olmasaydı, Azərbaycanı sevməyən, düşmən qüvvələr ölkədə təxribatlar vasitəsi ilə sabitliyi pozardılar. Hansı ki, dəfələrlə belə hallara cəhdlər edilib. Xarici düşmənlərimiz daxildəki əlaltıları vasitəsi ilə buna cəhdlər ediblər və onlar Azərbaycanı Liviyaya, Suriyaya, İraqa çevirmək istəyiblər. Ancaq güc strukturlarımızın əməyi sahəsində bunun qarşısı alınıb. Məhz regionda və dünyada baş verən prosesləri nəzərə alan Ali Baş Komandan dövrün çağrışlarına və tələblərinə uyğun olaraq Azərbaycanın təhlükəsizliyinin daha da etibarlı formada təmin etmək üçün güc strukturlarında islahatlar həyata keçirilib. Bir daha deyirəm ki, bu islahatlar cəmiyyətə harmoniyanı təmin edir, daha güclü cəmiyyətin qurulmasına xidmət edir”.
Oxşar xəbərlər
Maaşlar yaxın vaxtlarda yenə qalxacaq - Milli Məclisdən ANONS
Ölkə prezidenti son bir il ərzində ikinci dəfədir ki, ölkədə minumum əməkhaqqını artırır, minimum əməkhaqqı 250 manata qədər qaldırılır. Dövlətdən maliyyələşən...
