Azərbaycanda işdən çıxarılan vəzifəli şəxslərin sayı AÇIQLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
Keçən il “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunun müddəalarının tələblərini pozan 1 245 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, həmin intizam tənbeh tədbirlərindən 1 044-ü mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumlarında, 201-i isə yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları barədə tətbiq edilib.
Mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə digər dövlət qurumlarında tətbiq edilən 1 245 intizam tənbeh tədbirindən 887-si töhmət, 304-ü dövlət qulluğundan azad edilmə, 34-ü vəzifə maaşının azadılması, 11-i ixtisas dərəcəsinin bir pillə aşağı salınması, 4-ü həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilmə, 3-ü daha aşağı təsnifatdan olan vəzifəyə keçirilmə olub.
Oxşar xəbərlər
Prezident Cinayət Məcəlləsində dəyişiklikləri təsdiqlədi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. BAKU.WS xəbər verir ki, sənədə əsasən, Cin...