Azərbaycanda gələn il televiziya, radio və nəşriyyat sahəsinə ayrılacaq vəsait açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Gələn ildə televiziya, radio və nəşriyyat sahəsinə ayrılan vəsait açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə "2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində bildirilir.
Qeyd olunub ki, gələn il televiziya, radio və nəşriyyat sahəsinə 61 milyon 024 min 113 manat vəsaitin ayrılması proqnozlaşdırılır.
Qeyd edək ki, layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.
Oxşar xəbərlər
Gələn ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi oktyabrın 24-də Milli Məclisə daxil olub. Milli Məclisin Mətbuat və ictimaiyyətlə...