Azərbaycanda fəaliyyət göstərən məhkəmə hakimlərinin sayı məlum oldu

Azərbaycan məhkəmə sistemində hakimlər üçün 800 ümumi ştat sayı var.
BAKU.WS-in əldə etdiyi məlumata görə, hazırda ölkədə 116 məhkəmə üzrə 617 hakim fəaliyyət göstərir.
Azərbaycanın Ali Məhkəməsində 41 hakim çalışır. Bu məhkəmə ölkənin ən yüksək instansiyasıdır və ən mürəkkəb işlər burada araşdırılır.
Apellyasiya Məhkəmələri
Apellyasiya instansiyasında isə 147 hakim çalışır. Bu məhkəmələr əsasən qərarların yenidən araşdırılması ilə məşğuldur.
Ağır Cinayətlər Məhkəmələri
Ağır cinayətlər üzrə məhkəmələrdə 54 hakim fəaliyyət göstərir. Bu məhkəmələrdə əsasən yüksək ağırlaşdırıcı xüsusiyyətlərə malik cinayət işləri baxılır.
Hərbi Məhkəmələr
Hərbi məhkəmələrdə 20 hakim var. Bu məhkəmələr hərbi sahədəki qanun pozuntuları ilə bağlı işlərə baxır.
İnzibati və Kommersiya Məhkəmələri
İnzibati məhkəmələrdə 20 hakim, kommersiya məhkəmələrində isə 38 hakim fəaliyyət göstərir. Bu instansiyalar daha çox mülki hüquqi məsələlər və iqtisadi mübahisələrin həlli ilə məşğuldur.
Rayon və Şəhər Məhkəmələri
Rayon və şəhər məhkəmələrində ən çox sayda - 296 hakim çalışır. Bu məhkəmələr ölkə vətəndaşlarının hüquqlarını qorumaq üçün ilkin instansiya rolunu oynayır.
Orxan Hüseyn

Oxşar xəbərlər
Mirzoyanla Bayramovun diplomatiya dueli: Nəticə nə oldu?
Baku TV-nin "Global Panorama" verilişinin yeni buraxılışı yayımlanıb. Proqramın budəfəki buraxılışında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin IV Ant...