Azərbaycanda daha bir rəis vəzifəsindən azad edildi - RƏSMİ

Azərbaycanda daha bir rəis vəzifəsindən azad edildi - RƏSMİ
Siyasət 2181

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun imzaladığı 30 iyul 2024-cü il tarixli Sərəncama əsasən Namiq Nəriman oğlu Paşayev Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi vəzifəsindən azad edilib.

BAKU.WS xəbər verir ki, həmçinin eyni tarixli digər bir Sərəncamla isə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti rəisinin müavini Məhərrəm Hüseyn oğlu Abbasova həvalə edilib.

Son xəbərlər