Azərbaycanda bu il "Rəqəmsal Səyyah Vizası" tətbiq olunacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin sonuna kimi Azərbaycanda "Rəqəmsal Səyyah Vizası" və "Rəqəmsal İstedad Vizası" proqramları vahid platforma üzərindən tətbiq olunacaq.
BAKU.WS xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nda öz əksini tapıb.
Sənədə əsasən, hesabat dövründə həmçinin "Xüsusi Vergi Rejimi"nin müəyyən edilməsi, sosial sığorta və rezidentlik üzrə güzəştlərin tətbiqi və xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılması nəzərdə tutulur.
Fəaliyyət Planına görə, innovasiya sahəsi üzrə ölkəyə cəlb edilən mütəxəssislər və onların ailə üzvləri üçün miqrasiya tələblərinin sadələşdirilməsi planlaşdırılır.
Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin ediləcək.
Oxşar xəbərlər
"Bu dairədən getməlisən": Xoşqədəm Hidayətqızı Ramiz Mehdiyevlə bağlı illər sonra danışdı
Tanınmış jurnalist və televiziya aparıcısı Xoşqədəm Hidayətqızı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə uzun illər davam etdiyini iddia etd...