Azərbaycanda "Araz – 2025" birgə təlimi keçirilir – VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda keçirilən "Araz-2025" birgə təliminə İran İslam Respublikasından cəlb olunan heyətin rəhbəri və digər iştirakçılar ölkəmizə səfər edib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Hər iki ölkənin təlim rəhbərləri və digər yüksək səviyyəli üzvləri arasında görüş keçirilib.
Görüşdə təlimin məqsədi, ssenarisi və keçiriləcəyi ərazi, hazırlıq prosesi, təhlükəsizlik qaydaları, həmçinin müxtəlif mərhələlər üzrə icra olunacaq tapşırıqlar barədə brifinq təqdim olunub.
Qeyd edək ki, "Araz – 2025" birgə təlimi işğaldan azad edilmiş ərazilərdə mayın 21-dək davam edəcək.
Oxşar xəbərlər
Azərbaycan Məkkə Konvensiyasına qoşulub
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin hüquq-mühafizə orqanlarının korrupsiyaya qarşı mübarizədə əməkdaşlığı haqqında Məkkə Konvensiyasın...