Azərbaycanda 10 rayona yeni rəis təyin edildi
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərişıq” ASC-də 2 region və 10 rayona yeni rəis təyin edilib.
Bu barədə BAKU.WS-ə qurumun Mətbuat Xidmətindən məlumat daxil olub.
Cənab prezident İlham Əliyevin qarşıya qoyduğu tapşırıqlara uyğun olaraq istehlakçılara göstərilən xidmətin səviyyəsini daha da yüksəltmək, aparılan yenidənqurma işlərini sürətləndirmək üçün müasir və innovativ düşüncəli, yeni texnologiyaları mənimsəmiş Ağıllı Şəbəkələrin elektron idarəetmə tələblərinə cavab verən peşəkar gənc kadrlar region və rayon elektrik şəbəkələrinə rəis təyin edilmişlər.
Qərb və Şimal-Qərb Regional Enerji Təhcizatı və Satışı idarələrinə (RETSİ), həmçinin Quba, Şamaxı, Qax, Oğuz, Baləkən, Şəki, Ucar, Ağcəbədi ilə yanaşı paytaxt Bakının Səbail və Nərimanov rayon elektrik şəbəkələrinə yeni rəislər təyin olunub.
Oxşar xəbərlər
İlham Əliyev növbəti videokonfrans keçirib - YENİLƏNİB
Aprelin 28-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın prezidenti Suma Ça...