Azərbaycana 90 günədək səfər edən Türkiyə vətəndaşları üçün viza tələbi ləğv olunur
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycana səfər etmək istəyən Türkiyə vətəndaşları üçün viza tələbi 30 gündən 90 günə qaldırılması təklif edilir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirə olunub.
Dəyişikliklə Azərbaycana 90 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv edilir.
Hazırkı qanunvericilikdə isə bu müddət 30 gündür.
Oxşar xəbərlər
Bu gün Milli Məclisdə 28 məsələ müzakirə ediləcək - SİYAHI
Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il aprelin 24-də keçiriləcək iclasında 28 qanun layihəsi müzakirə ediləcək. BAKU.WS xəbər verir ki, həmin layih...