Azərbaycan XİN rəhbəri iraqlı və uqandalı həmkarları ilə görüşdü - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının 60 illik yubileyi ilə bağlı Belqradda keçirilən yüksək səviyyəli tədbir çərçivəsində İraq Respublikasının xarici işlər naziri Fuad Hüseyn ilə görüşüb.
BAKU.WS Xarici İşlər Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə nazirlər iki ölkə arasında əlaqələrin genişləndirilməsi, o cümlədən iqtisadi sahədə əməkdaşlıq imkanlarını müzakirə ediblər. Turizm sahəsində əlaqələrin genişləndirilməsi potensialı vurğulanıb.
Nazirlər bölgələrdəki ən son vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Dayanıqlı sülh və təhlükəsizliyin təmin olunması üçün beynəlxalq hüquq prinsiplərinə ciddi riayət edilməsinin vacibliyi vurğulanıb.
C.Bayramov həmçinin Uqanda Respublikası xarici işlər naziri Odonqo Jeje Abubakar ilə görüşüb.
Görüş zamanı tərəflər Azərbaycan və Uqanda arasında ikitərəfli münasibətlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Uqandanın Qoşulmama Hərəkatında 2023-cü ilin sonunda sədrliyi həyata keçirəcəyi və bu xüsusda, iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə edən nazirlər, Uqanda və Azərbaycan arasında siyasi məsləhətləşmələrin aparılmasını qərara alıblar.
Qalereya
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...