Azərbaycan XİN Braziliyanı Müstəqillik Günü münasibətilə təbrik edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Braziliya Federativ Respublikasını Müstəqillik Günü münasibətilə təbrik edib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi tvitter səhifəsindəki paylaşımında deyilir.
“Braziliyaya Müstəqillik Günü ilə əlaqədar səmimi təbriklərimizi çatdırır və bu əlamətdar gün münasibətilə uğurlar və çiçəklənmə arzu edirik. Müstəqillik Günün mübarək, Braziliya!” - paylaşımda bildirilir.
Xatırladaq ki, Braziliyada Müstəqillik Günü 1822-ci il sentyabrın 7-dən etibarən hər il qeyd olunur. Həmin gün ölkə Portuqaliyadan ayrılaraq müstəqillik əldə etmişdir.
Oxşar xəbərlər
İlham Əliyevin YAP-ın qurultayında çıxışı - TAM MƏTN - YENİLƏNİB/FOTO
Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev...