Azərbaycan XİN Pakistandakı terror aktı ilə bağlı bəyanat yayıb
12
mar
2025
23:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Pakistanda sərnişin qatarında insan tələfatı ilə nəticələnən terror aktı ilə bağlı xəbər bizi sarsıdıb və dərindən kədərləndirib".
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında yaydığı bəyanatda deyilir.
"Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların hamısına şəfa diləyirik. Bu çətin dövrdə biz qardaş Pakistan İslam Respublikası ilə həmrəyik və terror təhlükəsinin bütün forma və təzahürlərini qətiyyətlə pisləyirik", - deyə məlumatda qeyd edilib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...