Azərbaycan XİN İraqa başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İraqa başsağlığı verib.
BAKU.WS xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib:
"İraqın Kut şəhərindəki ticarət mərkəzində baş vermiş yanğın nəticəsində insan tələfatı bizi dərindən kədərləndirir. Həlak olanların ailələrinə və yaxınlarına, dost İraq hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Yaralananlara tezliklə sağalmalarını arzu edirik".
Qeyd edək ki, İraqın Kut şəhərində ticarət mərkəzində baş verən güclü yanğında 50 nəfər həlak olub, üçgünlük matəm elan edilib.
We are deeply saddened by the tragic loss of lives in the devastating fire at the shopping mall in Kut, Iraq.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) July 17, 2025
We express heartfelt condolences to the families and loved ones of the victims, and the Government and people of friendly Iraq.
We wish patience and strength for all…
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovun səfəri ilə bağlı paylaşım edib
Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri çərçivəsində Bak...