Azərbaycan XİN: Fransanın ikili yanaşması onun riyakarlığını ifşa edir

Azərbaycan XİN: Fransanın ikili yanaşması onun riyakarlığını ifşa edir
Siyasət 55

Rəsmi Parisin Ermənistanı öldürücü silahlarla təchiz etməsi, eləcə də sülhə xidmət göstərməyən uzunmüddətli anti-Azərbaycan mövqeyi Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baronun regional gərginliklə bağlı narahatlığı ilə ziddiyyət yaradır.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə "X"də yazıb.

Onun sözlərin, bu ikili yanaşma Fransanın riyakarlığını ifşa edir: 

"Sülh müqaviləsinin layihəsi üzərində işin yekunlaşması mühüm inkişaf olsa da, sazişin imzalanması və davamlı sabitlik əsas məsələlərin, xüsusilə də Ermənistanın konstitusiyasında ərazi iddialarının həll edilməsini və Fransa da daxil olmaqla destabilləşdirici xarici müdaxilələrin dayandırılmasını tələb edir".

A.Hacızadə həmçinin qeyd edib ki, insanlıq əleyhinə cinayətlərdə ittiham olunan şəxslər üçün məhkəmə proseslərinin qarşısının alınması cəhdləri təkcə daxili işlərə müdaxilə deyil, həm də belə cinayətlərə görə məsuliyyətə xələl gətirir.

Xatırladaq ki, Fransa XİN başçısı jurnalislərə açıqlamasında Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə gərginlik olduğunu iddia edərək bunun narahatlıq doğurduğunu bildirmişdi.   

Son xəbərlər