Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışıb - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.
BAKU.WS xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.
Nazirlər Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional əməkdaşlıq gündəliyinin aktual məsələləri barədə fikir mübadiləsi aparıblar. Bununla yanaşı, çoxtərəfli platformalar çərçivəsində tədbirlər üzrə ölkələrimiz arasında əlaqələndirmə məsələləri müzakirə olunub.
***19:36
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı olub.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Söhbət zamanı Türkiyə-Azərbaycan-Türkmənistan liderlərinin Zirvə toplantısına hazırlıq müzakirə edilib.
Oxşar xəbərlər
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşdü - YENİLƏNİB - VİDEO
Yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyy...