Azərbaycan və Türkiyə xarici işlər nazirləri Azərbaycan-Ermənistan sülh sazişi üzrə danışıqları müzakirə ediblər

Azərbaycan və Türkiyə xarici işlər nazirləri Azərbaycan-Ermənistan sülh sazişi üzrə danışıqları müzakirə ediblər
Siyasət 25

Mayın 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Telefon danışığı zamanı xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında gündəlikdə duran ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə mövcud regional vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlər həmçinin Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsi üzrə aparılmış son danışıqları müzakirə ediblər.

Tərəflər telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə toxunublar.

Son xəbərlər