Azərbaycan və Somali XİN başçıları arasında geniştərkibli görüş keçirilib - YENİLƏNİB

Azərbaycan və Somali xarici işlər nazirləri arasında geniştərkibli görüş keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında paylaşım edilib.
Nazirlər ticarət, enerji, kənd təsərrüfatı, təhsil və humanitar yardım sahələrində əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Həmçinin, BMT, Qoşulmama Hərəkatı və İƏT-də əməkdaşlıq barəsində danışıqlar aparılıb.
Qeyd edilib ki, iki ölkə arasındakı son səfərlər və imzalanmış sazişlər Azərbaycan və Somali arasında tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyini göstərir.
*** 11:48
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıya səfərə gələn Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Alini qarşılayıb.
BAKU.WS xəbər verir ki, bu barədə XİN "X" hesabında paylaşım edib.
Qeyd edilib ki, nazirlər arasında təkbətək görüş keçirilir. İkitərəfli münasibətlər, regional proseslər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılır.
A tête-à-tête meeting was held between Foreign Minister @Bayramov_Jeyhun and Somalia Foreign Minister @AbdisalamDhaay.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) July 24, 2025
The Ministers exchanged views on bilateral relations, regional dynamics, and cooperation within international organizations. pic.twitter.com/rdNt34es0L
Qalereya
Oxşar xəbərlər
Nazirlər Ermənistanla sülh danışıqlarını müzakirə ediblər
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb. Bu barədə Azərbaycanın Xaric...