Azərbaycan və Sloveniyanın NATO-dakı nümayəndələri Bakının enerji təhlükəsizliyinə töhfəsini müzakirə ediblər
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə sloveniyalı həmkarı Andrey Benedeyçiçlə Bakının "NATO müttəfiqləri və tərəfdaşlarının enerji təhlükəsizliyinə töhfəsi" müzakirə olunub.
Bu barədə azərbaycanlı diplomat sosial şəbəkədə yazıb.
"Sloveniyanın NATO-dakı daimi nümayəndəsi Zati-aliləri səfir Benedeyçiç ilə görüşməkdən və geniş mövzular üzrə fikir mübadiləsi aparmaqdan məmnun oldum", - Hüseynzadə qeyd edib.
Onun sözlərinə görə, görüşdə "Sülh naminə Tərəfdaşlıq (SnT) Proqramı çərçivəsində Azərbaycan - NATO tərəfdaşlığı, Azərbaycanın NATO müttəfiqləri və tərəfdaşlarının enerji təhlükəsizliyinə töhfəsi barədə səmərəli müzakirə" aparılıb.
"Həmçinin Sloveniya və Azərbaycan arasında ikitərəfli münasibətlər və cari regional hadisələr barədə faydalı söhbət etdik", - Azərbaycanın alyansdakı nümayəndəliyin başçısı vurğulayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanı TDT-nin Zirvə görüşündə təmsil edəcək. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pr...