Azərbaycan və Serbiya HHQ arasında mütəxəssis görüşü keçirilib
24
iyn
2025
12:55
Azərbaycanın Müdafiə Nazirliyi ilə Serbiyanın Müdafiə Nazirliyi arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda hər iki ölkənin "Hərbi Hava Qüvvələri (HHQ) arasında mütəxəssis görüşü" keçirilib.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tərəflər Azərbaycan və Serbiya HHQ-lərinin cari vəziyyəti və perspektiv imkanları ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar. Mütəxəssis görüşü zamanı, həmçinin maraq doğuran digər məsələlər müzakirə olunub və qarşılıqlı suallar cavablandırılıb.
Oxşar xəbərlər
Azərbaycanın Portuqaliyada Səfirliyinin təsis edilməsi növbədənkənar iclasa tövsiyə olunub
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Azərbaycanın Portuqaliyada Səfirliyinin təsis edilməsini parlamentin növbədənkənar...