Azərbaycan və Rusiyanın baş prokurorları Anlaşma Memorandumu imzalayıblar
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan və Rusiyanın baş prokurorları Kamran Əliyev və İqor Krasnov Şərq İqtisadi Forumunda Anlaşma Memorandumu imzalayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə NEWS.ru məlumat yayıb.
"Memorandum Azərbaycan və Rusiya prokurorluqlarının işinin təşkili sahəsində təcrübə mübadiləsini intensivləşdirməyə imkan yaradacaq, eləcə də sülh və təhlükəsizliyə təhdidlərə qarşı mübarizəyə tam töhfə verəcək", - Krasnov bildirib.
O, iki ölkənin prokurorluqları arasında əlaqələrin çoxşaxəli və konstruktiv olduğunu, qarşılıqlı hörmətə və maraqların nəzərə alınmasına əsaslandığını qeyd edib.
Bundan əlavə, Krasnov ikitərəfli əlaqələr kompleksini inkişaf etdirməyə və əsas beynəlxalq platformalarda, o cümlədən BMT və MDB-də transmilli cinayət təhdidlərinin neytrallaşdırılması üçün səyləri əlaqələndirməyə hazır olduğunu təsdiqləyib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...