Azərbaycan və Rusiya hərbi-texniki əməkdaşlıqla bağlı razılığa gəliblər
03
okt
2019
21:09
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonra bildirib ki, Rusiya və Azərbaycan hərbi-texniki əməkdaşlıq sahəsində işlərini davam etdirəcəklər.Prezident “Valday” klubunun sessiyasında çıxış edərkən diqqətə çatdırıb:“Hərbi-texniki əməkdaşlıq aktiv inkişaf edir. Bu gün biz razılığa gəldik ki, bu istiqamətdə işimizi davam etdirəcəyik. Baxmayaraq ki, Rusiya texnikasını əldə etmək üçün hazırda imzaladığımız müqavilələr 5 milyard dollar təşkil edir, onlardan artıq 3 milyardı reallaşıb. Dediyim kimi, biz bu istiqamətdə işimizi davam etdirmək niyyətindəyik”.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında iştirak edir - FOTO
Oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyası keçirilir.BAKU.WS xəbər verir...