Azərbaycan və Rumıniya XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan və Rumıniya Xarici İşlər Nazirlikləri arasında videokonfrans formatında doqquzuncu siyasi məsləhətləşmələr keçirilib.
XİN-in mətbuat xidməti idarəsindən BAKU.WS-ə verilən məlumata görə, Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini və Rumıniya tərəfindən Xarici İşlər Nazirliyinin dövlət katibinin iştirak etdiyi siyasi məsləhətləşmələrdə iki tərəfli və çoxtərəfli münasibətlərə dair məsələlər müzakirə mövzusu olub.
Görüşdə tərəflər Azərbaycan-Rumıniya ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti və əməkdaşlıq gündəliyindəki məsələlər, Cənubi Qafqaz bölgəsinin təhlükəsizliyi və inkişafı, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və digər maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Məsləhətləşmələr zamanı iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi, eləcə də parlamentlərarası əlaqələrin genişləndirilməsinin əhəmiyyəti qeyd edilib.
Görüşdə, həmçinin COVID-19 pandemiyası ilə bağlı vəziyyətdən asılı olaraq iki ölkə arasında növbəti siyasi məsləhətləşmələrin hər iki tərəfdən nümayəndə heyətlərinin iştirak ilə görüş formatında keçirilməsinə dair razılığa gəlinib.
Oxşar xəbərlər
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşdü - YENİLƏNİB - VİDEO
Yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyy...