Azərbaycan və İraq enerji sahəsində potensial əməkdaşlığı müzakirə edib - FOTO
Azərbaycan və İraq arasında enerji məsələləri üzrə potensial əməkdaşlıq imkanları müzakirə edilib.
BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, İraqa səfəri çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəflə birlikdə bu ölkənin baş nazirinin müavini, neft naziri Hayan Əbdülğani ilə görüşüb:
“Yaşıl enerjiyə keçiddə ölkəmizin hədəfləri, SOCAR-ın bu istiqamətdə tərəfdaşlarla birgə icra etdiyi layihələr və enerji məsələləri üzrə potensial əməkdaşlıq imkanları barədə fikir mübadiləsi apardıq”.
Oxşar xəbərlər
Bakıda Cənub Qaz Dəhlizi və yaşıl enerji üzrə iclaslar keçirilib, İlham Əliyev tədbirdə iştirak edib - YENİLƏNİB 4 - FOTO
Martın 1-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin...