Azərbaycan və Qazaxıstan arasında gömrük proseduru sinxronlaşdırıla bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyasının qarşı tərəfdən həmsədri, ticarət və inteqrasiya naziri Baxıt Sultanovla görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüşdə nəqliyyat və İKT sahəsində ikitərəfli əməkdaşlığımız müzakirə edilib. Ölkələrimiz üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizləri üzrə yükdaşımaların həcminin artırılması üçün dəhliz üzərindəki daşıma tariflərinin unifikasiyası, gömrük prosedurlarının sinxronlaşdırılmasının vacibliyi vurğulanıb.
B.Sultanovun başçılıq etdiyi nümayəndə heyəti Birgə Hökumətlərarası Komissiyanın 17-ci iclasında iştirak məqsədilə ölkəmizdə səfərdədir.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...