Azərbaycan və Monqolustan prezidentləri görüşüblər

22
yan
2020
18:30
Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa ilə görüşüb.
BAKU.WS xəbər verir ki, görüşdə Azərbaycanla Monqolustan arasında əlaqələrin daha da dərinləşdirilməsi barədə fikir mübadiləsi aparıldı. Kənd təsərrüfatı sahəsində, xüsusilə heyvandarlıq sektorunda geniş əməkdaşlıq imkanlarının olduğu bildirildi, mis və qızıl mədənləri sənayesi sektorunda investisiya imkanları müzakirə edildi.
Söhbət zamanı hazırda monqolustanlı tələbələrin Azərbaycanın universitetlərində təhsil aldıqları da qeyd olundu.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan və Polşa prezidentləri Davosda görüşüb - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda Polşa Respublikasının Prezidenti Andjey Duda ilə görüşüb. BAKU.WS AZƏRTAC-a istinadla...
