Azərbaycan və İran XİN başçıları Məşhəddə birgə təşəbbüs və layihələri müzakirə ediblər - FOTO
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
Məlumata görə, görüş İranın Məşhəd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 28-ci iclası çərçivəsində baş tutub.
Bildirilib ki, xarici işlər nazirləri iqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat və kommunikasiyalar, enerji təhlükəsizliyi sahələrində Azərbaycan-İran əməkdaşlığından irəli gələn geniş spektrli məsələləri, həmçinin birgə təşəbbüs və layihələri müzakirə ediblər.
"Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu arasında kommunikasiya xətlərinin tezliklə başa çatdırılmasının, əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyi bir daha vurğulanıb", - məlumatda qeyd olunub.
On the sidelines of the 28th Meeting of the @eco_secretariat Council of Ministers in #Mashhad, #Iran, @Bayramov_Jeyhun, Minister of Foreign Affairs of the Republic of #Azerbaijan had a meeting with @Araghchi, Minister of Foreign Affairs of the Islamic Republic of Iran.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) December 3, 2024
Foreign… pic.twitter.com/8J2F1Rt70Z
Oxşar xəbərlər
Baş nazirdən kiçik elektromobillərlə bağlı QƏRAR
Nazirlər Kabineti "Kiçik elektrik nəqliyyat vasitəsinin icarəyə (istifadəyə) verilməsinə, habelə onların sürətinə və lokasiyasına nəzarətin həyata keçirilməsi m...